İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözünü işdə itirən kolxozçu 50 ildən sonra kompensasiya aldı

2078 25.12.2025 02:18 Dünya A A

1974-cü ildə Saratov vilayətində kolxozda işləyərkən ağır istehsalat xəsarəti alan Rusiya vətəndaşı düz 50 ildən sonra kompensasiya ala bilib.

Musavat.com xəbər verir ki, həmin vaxt iş zamanı metal qırıntısı kişinin sol gözünə dəyib. Uzunmüddətli müalicədən sonra o, peşə qabiliyyətinin 50 faizini itirib və ona III qrup əlillik təyin olunub. Lakin buna baxmayaraq, illər boyu zərərçəkənə hər hansı kompensasiya ödənilməyib.

Məsələ yalnız onilliklər sonra yenidən gündəmə gətirilib. Biçurski rayon prokurorluğu zərərçəkənin hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, cavabdeh qismində çıxış edən Rusiya Sosial Fondunun regional idarəsi qərardan apellyasiya şikayəti verib.

Lakin apellyasiya və kassasiya instansiyaları da birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Nəticədə, zərərçəkənə 61,9 min rubl məbləğində birdəfəlik kompensasiya, həmçinin aylıq 6 min rubl sığorta ödənişi təyin olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR