İnsanlara hürriyət, millətlərə istiqlal!

Gültəkin Hacıbəyli Bakıya gətirildi və həbs edilmədi...

9216 12.02.2026 08:20 Son xəbər A A

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Musavat.com xəbər verir ki, məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Fransada yaşayan Fuad Qəhrəmanlı Facebook səhifəsində paylaşıb.

O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır.

Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, Gültəkin Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.

O, İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən tutulmuş və daha sonra Arnavutköy deportasiya mərkəzinə aparılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR