İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdə Rusiya hərbi bazasının 84 ili: nə vaxt qurulub, nə zaman Ermənistana köçürülüb? VİDEO

601 30.12.2025 02:31 Dünya A A

Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının yaradılmasının 84-cü ildönümü münasibətilə bazanın ərazisində silsilə tədbirlər keçirilib.

Musavat.com xəbər verir ki, mərasim çərçivəsində girovların “xilas edilməsi” üzrə nümayiş, xidməti itlərin iştirakı ilə “diversantların” zərərsizləşdirilməsi, eləcə də Rusiya sərhədçilərinin qatıldığı nümunəvi çıxışlar təşkil olunub. Tədbir zamanı fərqlənən hərbçilər mükafatlandırılıb.

Məlumata görə, hərbi birləşmə Böyük Vətən müharibəsi dövründə – 1941-ci ildə yaradılıb. 1957-ci ildə isə onun Ermənistana köçürülməsi barədə rəsmi qərar qəbul edilib. Hazırda Gümrüdə yerləşən 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi dayaq nöqtələrindən biri hesab olunur. 

Bildirilir ki, bazanın şəxsi heyətinin bir hissəsi Rusiyanın Ukraynaya qarşı apardığı xüsusi hərbi əməliyyatda da iştirak edir. Bazanın komandiri, polkovnik Andrey Yudakov çıxışı zamanı qeyd edib ki, indiyədək bu əməliyyatlar zamanı 15 hərbi qulluqçu həlak olub, onlardan ikisinə ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib.

Gümrü şəhərinin vitse-meri Qaqik Manukyan isə çıxışında yerli əhali ilə rus hərbçiləri arasında əməkdaşlığın və “dostluq münasibətlərinin” iki xalq arasında etimadın möhkəmlənməsinə xidmət etdiyini bildirib. 

Screenshot_1.png (895 KB)

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən Rusiya hərbi birləşməsidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR