Türkiyədə yaşayan model Günay Musayeva ilə keçmiş həyat yoldaşı aktyor Tolqa Karel arasında yaşanan qalmaqal bitmək bilmir.
Günay verilişlərin birində keçmiş ərinə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəsə də, Tolqa onun istəyinə əhəmiyyət verməyərək modeli narkotik istifadəçisi olmaqda ittiham edib. Aktyor ona cavab olaraq övladının Türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib.
Musavat.com xəbər verir ki, məsələyə daha öncə sosial media hesabında cavab verən Günay bu dəfə Tolqa ilə yazışmalarını yayıb. O dəfələrlə Tolqaya müraciət etdiyini, lakin cavab ala bilmədiyini sübut edib. O sonra isə mesajları silib.
Qeyd edək ki, Musayeva Tolqanın ittihamlarına sosial media hesabında belə cavab vermişdi:
“Mən anayam və illərdir Cahangiri tək böyüdürəm: uşağımı qorumaq istədiyim üçün susdum. Amma indi görürəm ki, susqunluq yoxluğu normallaşdırır. Əgər bir ata illərlə uşağını görmürsə, yeni həyatında yeni övladları ilə ailə şəkillərini paylaşırsa, amma öz uşağından əsər-əlamət qoymursa, hətta uşağının xaricdə müalicə alması üçün icazə belə göndərmirsə, bunun başqa adı yoxdur. Məsələ mənim kimliyimdə deyil, məsələ uşağın pozulmuş hüquqlarındadır. Günahsızam və özümü sübut etməliyəm. Bir ananın vəzifəsi başqalarının çatışmazlıqlarını ört-basdır etmək deyil, uşağının hüquqlarını müdafiə etməkdir. Susmuram, çünki bu, mübarizə deyil, bu, vicdanın səsidir, başım dikdir, ürəyim rahatdır. Keçmiş həyat yoldaşıma bu sualları açıq şəkildə verirəm: Uşağınızı neçə ildir görmürsünüz?
Sizə deyəcəyəm, cavab verməyə ehtiyac yoxdur. 10 il. Yeni həyat yoldaşınız və həyatınızla xoşbəxtlik arzulayıram. Yeni övladlarınız, ailənizlə paylaşdığınız şəkillərə sonsuz hörmətim var. Amma soruşuram: Cahangir haqqında paylaşım etməyinizdən neçə il keçib? Cavab: Yoxdur.
Sosial mediada və ya hər hansı bir platformada uşağım haqqında tək bir paylaşımınız varmı? Xeyr.
Uşağımın xaricdə müalicəsi üçün tələb etdiyim icazə sənədini mənə göndərdinizmi? Niyə göndərmədiniz? Bu sualların bütün cavabları eyni sözdə birləşir: "Xeyr". Bu "xeyr"lər sizə işarə edir. Atalığınız kimi bu da yoxdur. Marağınızı təmin edim, mən tamamilə təmizəm. Amma məsələ bunda deyil. "Ata kimi ata" olmadığınız üçün adınızdan ictimaiyyətin gözü önündə ləkə götürəcək mən deyiləm. Mənim təmizlik testim lazım deyil. Əsl təmizə çıxmalı olan sənin atalığındır".
Könül
Musavat.com






