İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS yalnız Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır

463 10.12.2025 02:17 Dünya A A

HƏMAS Qəzza zolağında hərbi fəaliyyəti yalnız o halda dayandırmağa razılaşar ki, danışıqlar nəticəsində Fələstin dövləti yaradılsın.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

"HƏMAS üzvü bəyan edib ki, hərəkat ancaq Fələstin dövlətinin yaradılması şərtilə tərk-silah olmağa razıdır", - məlumatda qeyd olunub.

HƏMAS üzvü hərəkatın hərbi fəaliyyətinin dayandırılmasının güc və ultimatumlarla mümkün olmadığını da vurğulayıb.

"İsrail iki il ərzində HƏMAS-ın silahı yerə qoyması üçün bütün hərbi gücünü istifadə edib, amma heç nə alınmayıb", - o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR