Bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə Xalq Hərəkatının fəalları, mərhum prezident, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər, abidə önünə gül-çiçək dəstələri düzüblər.
Ziyarət Azərbaycanın Dövlət Himninin oxunuşu ilə başlayıb. Daha sonra tədbirin təşkilatçısı, Azərbaycan Milli Hərəkatçılar Birliyinin sədri Bəhram İsmayıl sərhəd hərəkatının yaranması və Əbülfəz Elçibəyin Bütöv Azərbaycan uğrunda apardığı mübarizə haqda məlumat verib.
Ardınca sərhəd hərəkatının təşkilatçıları və öncülləri danışıblar.
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev o dövrün hadisələrini yada salıb, Elçibəyin fəaliyyəti haqqında düşüncələrini bölüşüblər.
Tədbirin sonunda xatirə fotosu çəkilib.
Cavanşir ABBASLI
Musavat.com






