İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərəkətdə olan BMW partladı: Sürücü ÖLDÜ - ANBAAN VİDEO

1035 09.06.2026 11:59 Hadisə A A

Moskva vilayətinin Balaşixa şəhərində "BMW" markalı avtomobil partladılıb, hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi rəsmi məlumat yayıb.

Hadisə səhər saat təxminən 05:30-da (Bakı vaxtı ilə 06:30-da) Aviatorov rayonunda, Koldunov küçəsində baş verib.

İstintaq Komitəsinin məlumatına görə, avtomobil hərəkətdə olan zaman quraşdırılmış partlayıcı qurğu işə düşüb. Çoxsaylı xəsarətlər alan sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Rusiya güc strukturlarına yaxınlığı ilə bilinən "Mash" "Telegram" kanalı isə partlayışın sürücü avtomobilə əyləşən an baş verdiyini yazır.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR