2013-cü il təvəllüdlü Əliyev Həsən Sahib oğlu illərdir serebral iflicdən əziyyət çəkir.
Musavat.com xəbər verir ki, Həsən gəzə, danışa, sərbəst otura bilmir. Valideynləri bildirirlər ki, belə uşaqların uzunmüddətli xüsusi qayğıya, dərmanlara, müxtəlif müalicəvi və fizioterapevtik bərpa üsullarına ehtiyacı olur.
Ailənin maddi durumu isə buna yetmir. Odur ki, xeyirxah və yardımsevər insanlara müraciət edərək, imkanları daxilində köməklik göstərmələrini xahiş edir.
Əlaqə nömrəsi: 077 535 11 12
Kapital Bankda hesab nömrəsi: 4169 7388 3144 1088 (Yeganə Əliyeva).
Musavat.com






