İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah müharibəyə qoşuldu: Hayfa limanı vuruldu – ABŞ bazaları da hədəfdə VİDEO

1705 02.03.2026 03:29 Dünya A A

Yaxın Şərqdə hərbi qarşıdurma daha da genişlənir.

Musavat.com xəbər verir ki, Livan Hizbullahı İsrailə qarşı aktiv əməliyyatlara başlayıb və Hayfa limanına raket zərbələri endirib.

Məlumata görə, Livan ərazisindən İsrail istiqamətində ümumilikdə 6 raket atılıb. Hücum nəticəsində liman və ətraf ərazilərdə partlayış səsləri eşidilib. İsrailin hava hücumundan müdafiə sistemləri işə salınsa da, bəzi raketlərin hədəfə çatdığı və dağıntıların qeydə alındığı iddia olunur.

İsrailin Kanal 12 telekanalı Hizbullahın faktiki olaraq müharibəyə qoşulduğunu bildirib. Livandan İsrailə daha bir raketin atıldığı da təsdiqlənib. 

Bununla yanaşı, münaqişə artıq təkcə Livan-İsrail xətti ilə məhdudlaşmır. Bildirilir ki, İraq Hizbullahı da əməliyyatlara qoşularaq İsrailə zərbələr endirir və eyni zamanda ABŞ-nin bölgədə yerləşən hərbi bazalarını hədəfə alır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR