İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Məmmədoğludan bayram günü süpürgəçilərə jest – VİDEO

3166 20.03.2026 10:10 Şou-biznes A A

Klarnet ifaçısı Hüseyn Məmmədoğlu bayramın ilk günü süpürgəçilərə etdiyi jest ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, tanınmış ifaçı bayram gününün ilk saatlarında, səhər saat 05:00–06:00 radələrində küçələrdə çalışan süpürgəçi insanlara bayram payı təqdim edib.

Şəhərin hələ tam oyanmadığı bir vaxtda zəhmətkeş insanlara yaxınlaşan sənətçi onların hər birinə bayram sovqatı verib.

İfaçının bu addımı sosial şəbəkələrdə istifadəçilər tərəfindən humanist və nümunəvi jest kimi qiymətləndirilib, digər insanları da belə xeyirxah təşəbbüslərə qoşulmağa çağırış ediblər.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR