İdlib əyalətində Daxili Təhlükəsizlik Qüvvələrindən olan ən azı dörd Suriya əsgəri naməlum yaraqlılar tərəfindən öldürülüb.
Musavat.com xəbər verir ki, məlumayı Suriya TV yayıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri Maaret əl-Nu'manın cənubunda pusquya düşüb. Ölən dörd nəfərdən əlavə, daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücumun baş verdiyi əraziyə gücləndirici qüvvələr gəlib və ərazidə axtarış aparılır.
Musavat.com






