İnsanlara hürriyət, millətlərə istiqlal!

İftar süfrəsi qalmaqala çevrildi: 14 nəfərə cinayət işi açıldı - Video

1747 19.03.2026 01:09 Dünya A A

Hindistanda Qanq çayı sahilində baş verən hadisə geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, bir qrup müsəlmanın çay kənarında təşkil etdiyi iftar süfrəsi qalmaqalla nəticələnib.

Məlumata görə, hüquq-mühafizə orqanları tədbirdə iştirak edən 14 nəfəri saxlayıb. Onlara qarşı ictimai asayişin pozulması, ətraf mühitin çirkləndirilməsi və dindarların hisslərinin təhqir olunması maddələri ilə cinayət işi açılıb. İddialara əsasən, iftar zamanı yemək qalıqları hindular üçün müqəddəs sayılan Qanq çayına atılıb. 

Hadisə sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Bir sıra fəallar bunu dini təxribat kimi qiymətləndirərək sərt tədbirlərin görülməsini dəstəkləyib. Digər tərəfdən isə tənqidçilər məsələyə fərqli yanaşır.

Onların fikrincə, Qanq çayının sənaye tullantıları və digər dini ayinlər nəticəsində çirklənməsi ilə bağlı bu qədər sərt reaksiya göstərilmir və bu hadisə ikili standartların göstəricisidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR