İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün QORXUNC Liviya və Suriya ssenariləri

568 14.01.2026 15:35 Region A A

İranda leqal təşkilatlanmış müxalifət partiyalarının olmaması bu ölkədə xaosun əsas katalizatorlarından biridir. Hazırkı xaotik və təhlükəli vəziyyətin formalaşmasında real, təşkilatlanmış müxalifət partiyalarının olmaması ciddi rol oynayır. Bu amil yeganə səbəb olmasa da, böhranların idarəolunmaz və partlayıcı xarakter almasının əsas səbəblərindən biridir. Siyasi ekspertlər hesab edir ki, İranda təşkilatlanmış leqal müxalifət partiyaları olsaydı, narazılığı institusional kanallara yönləndirər, etirazları nəzarətli siyasi prosesə çevirə və radikallaşmanın qarşısını ala bilərdi. 

Liviya: Qəddafisiz və dövlətsiz 5 il – Bu ölkəni hansı ...

Çünki leqal müxalifət bu cür vəziyyətlərdə ölkələrdə hakimiyyətlə cəmiyyət arasında təhlükəsizlik klapanı rolunu oynayır. İranda bu mexanizmlərin heç biri yoxdur. İranda etirazlar planlı deyil, lideri yoxdur, proqramı yoxdur, danışıqlar aparacaq tərəfi yoxdur. Bunun nəticəsində etirazlar ya zorakılıqla yatırılır, ya da xaosa çevrilir. Hakimiyyət yalnız güc dili ilə cavab verir. Müxalifət olmadığı üçün rejim dialoq aparmağa məcbur qalmır, hər etiraz “təhlükəsizlik təhdidi” kimi qiymətləndirilir, SEPAH və polis əsas siyasi alətə çevrilir. Bu isə vəziyyəti daha da gərginləşdirir. Leqal təşkilatlanmış müxalifət partiyaları olmadığı üçün İranda etirazlar ideoloji yox, emosional təsir bağışlayır, sosial-iqtisadi tələb sistem əleyhinə şüara çevrilib. Beləliklə, dinc etiraz küçə toqquşması mərhələsinə keçib. Bu, Suriya və Liviya ssenarilərinin klassik başlanğıcına bənzəyir.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR