İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda kütləvi edamlara hazırlıq başlayıb

888 14.01.2026 20:56 Dünya A A

İranda iğtişaşlarda iştirak etdiyi üçün həbs olunanların ilk qrupuna sürətləndirilmiş məhkəmə prosesindən sonra ölüm cəzası verilib.

Musavat.com xəbər verir ki, ilk edam olunacaq şəxsin 26 yaşlı Erfan Soltani olduğu bildirilir. Məlumata görə, o Kərəc yaxınlığındakı Fardis şəhərində baş vermiş üsyan zamanı həbs olunaraq “Allahın düşməni olmaq” maddəsi ilə ittiham edilib və ölüm cəzasına məhkum olunub.

“Euronews” insan hüquqları fəallarına istinadla xəbər verir ki, Soltani artıq bu gün edam oluna bilər.

Bundan əlavə, İranda iğtişaşların təşkilində ittiham olunan digər məhkumların edamları da sürətləndirilmiş məhkəmə prosesindən sonra icra olunacaq. Bildirilir ki, bəzi edamlar İslam qanunvericiliyinə əsasən ictimai şəkildə həyata keçirilə bilər.

İran hakimiyyəti ölkədə baş verən etiraz aksiyalarını sərt şəkildə yatırmaq niyyətindədir və etirazların təşkilində xarici qüvvələrin rolu olduğunu iddia edir.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR