İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Rza Pəhləvi istehza hədəfinə çevrildi: "Arvadı ona telefon vermir"

1155 12.01.2026 22:25 Gündəm A A

İranda baş verən etirazlar fonunda şah ailəsinin varisi Reza Pəhləvi sosial şəbəkələrdə və etirazçılar arasında istehza obyektinə çevrilib.

Musavat.com xəbər verir ki, sosial mediada sürətlə yayılan və qısa müddətdə viral olan ironik paylaşımda belə deyilir: “Arvadı ona telefon vermir, bunlar isə ölkəni ona təhvil verəcəyimizi gözləyirlər.”

Paylaşım xüsusilə İranın gənc sosial media istifadəçiləri arasında geniş yayılıb və minlərlə şərh toplayıb. İstifadəçilər R.Pəhləvini İran daxilində real siyasi fiqur kimi qəbul etmədiklərini bu cür istehzalı ifadələrlə vurğulayırlar.

Müşahidəçilərin fikrincə, yayılan ironik paylaşımlar xaricdən idarə olunan və R.Pəhləvini alternativ lider kimi təqdim etməyə çalışan kampaniyalara qarşı cəmiyyətdə artan inamsızlığın açıq göstəricisidir.

Könül, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR