İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda valyuta böhranı dərinləşir: Mərkəzi Bankda fövqəladə iclas, Tehranda etirazlar

774 29.12.2025 18:15 Dünya A A

İranda milli valyutanın sürətlə dəyər itirməsi fonunda ölkənin iqtisadi rəhbərliyi fövqəladə tədbirlər görməyə başlayıb.

Musavat.com xəbər verir ki, Prezident Masud Pezeşkianın göstərişi ilə İran Mərkəzi Bankında iqtisadi komandanın təcili iclası keçirilib.

Məlumata görə, iclasda milli valyuta — İran rialının vəziyyəti, xarici və daxili ticarət, eləcə də ümumi iqtisadi durum müzakirə olunub. Son günlər rialın ABŞ dolları qarşısında kəskin ucuzlaşması hökumətdə ciddi narahatlıq yaradıb.

Valyuta böhranı artıq sosial müstəvidə də özünü göstərir. Paytaxt Tehranda bir qrup sahibkar və bazar iştirakçısı küçələrə çıxaraq iqtisadi vəziyyətə etiraz edib. Aksiyalarda milli valyutanın dəyərdən düşməsi, idxal-ixrac əməliyyatlarında çətinliklər və artan qeyri-müəyyənlik əsas narazılıq mövzuları kimi səsləndirilib.

Rəsmi dairələr vəziyyətə nəzarətin saxlanıldığını bildirsə də, analitiklər hesab edirlər ki, inflyasiya təzyiqləri, sanksiyalar və bazarda etimadın azalması İran iqtisadiyyatı üçün yeni risklər yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR