ABŞ iki və ya üç həftə ərzində İrana qarşı hərbi kampaniyasını dayandıracaq.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlayıb:
"Düşünürəm ki, iki və ya üç həftə ərzində geri çəkiləcəyik, çünki bunudavam etdirmək üçün heç bir səbəbimiz yoxdur. Biz işi bitiririk. Düşünürəm ki, təxminən bir neçə həftə, bəlkə də bir neçə gün ərzində işi bitirəcəyik".
Tramp yenə İranda rejimin dəyişdiyini bildirib: "Yenə də: biz artıq İranda rejim dəyişikliyini təmin etmişik. Baxmayaraq ki, mən rejim dəyişikliyini məqsəd kimi qoymamışdım. Mənim bir məqsədim var idi: onların nüvə silahı əldə etməsinin qarşısını almaq. Və bu məqsədə nail olundu; onlar nüvə silahı əldə etməyəcəklər. Onların liderləri yoxdur; bütün liderləri ölüb. Buna görə də rejim dəyişikliyi baş verib. İndi Tehranda yaxşı yeni liderlərimiz var".
Musavat.com






