İranın müdafiə naziri ölkədə baş verən iğtişaşlarla bağlı çox ciddi ittihamlar səsləndirib. Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ, İsrail və onların bəzi müttəfiq ölkələri separatçı və terrorçu qrupların fəaliyyətini koordinasiya etmək məqsədilə xüsusi mərkəz yaradıblar.
Nazir bildirib ki, plan İranın mümkün parçalanması ssenarisini də əhatə edir. Onun sözlərinə görə, bu ssenariyə əsasən, parçalanacaq hər bir bölgə üçün ayrıca konstitusiyanın yazılması nəzərdə tutulub, eyni zamanda silah, maliyyə və logistika dəstəyi əvvəlcədən təşkil edilib.
Açıqlamada vurğulanıb ki, Tehran bu fəaliyyətlərlə bağlı dəqiq kəşfiyyat məlumatlarına malikdir. Məlumata əsasən, region ölkələrindən birində İranda iğtişaşların təşkili məqsədilə birgə görüşlər keçirilib. Həmin görüşlərdə ABŞ və bəzi Qərb ölkələrinin xüsusi xidmət orqanlarının büdcənin artırılması və əməliyyatların genişləndirilməsi ilə bağlı planlarını təqdim etdiyi iddia olunur.
İran rəsmisi əlavə edib ki, bu cür addımlar regionda sabitliyi pozmağa yönəlib və Tehran milli təhlükəsizliyinə qarşı yönələn bütün cəhdlərə cavab vermək hüququnu özündə saxlayır.
Musavat.com






