İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın gizli hərbi sazişi ifşa edildi

1042 22.02.2026 23:23 Dünya A A

Yaxın Şərqdə qüvvələr balansı ilə bağlı yeni və sensasiyalı iddia gündəmə gəlib.

Musavat.com xəbər verir ki, “Financial Times” nəşrinin yaydığı məlumata görə, Iran ilə Rusiya arasında 500 milyon avro dəyərində gizli hərbi müqavilə imzalanıb.

Məlumata əsasən, saziş çərçivəsində Moskva Tehrana 500 ədəd 9K333 Verba daşınan zenit-raket kompleksi və həmin sistemlər üçün 2 500 ədəd raket tədarük etməlidir. Çatdırılmaların 2027–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Lakin nəşrin mənbələri bildirir ki, sistemlərin bir hissəsi artıq daha əvvəl İrana verilmiş ola bilər.

“Verba” kompleksi aşağı hündürlükdə uçan hədəfləri – qanadlı raketləri, pilotsuz uçuş aparatlarını və təyyarələri məhv etmək qabiliyyətinə malikdir. Sistem mobil qruplar üçün nəzərdə tutulduğundan, sürətli yerləşdirilə və operativ şəkildə istifadə oluna bilir.

İddia olunur ki, Tehran bu addımı ötən il İsraillə baş vermiş və 12 gün davam edən qarşıdurmadan sonra atıb. Həmin münaqişə zamanı İranın hava hücumundan müdafiə sisteminin ciddi zərər gördüyü bildirilirdi. Məhz bu zəifliyin aradan qaldırılması üçün Rusiya ilə anlaşmaya gedildiyi vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR