İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın ölkəmizdəki casus şəbəkəsi HƏDƏFDƏ

772 30.01.2026 13:48 Gündəm A A

Xəbər verildiyi kimi, Türkiyə kəşfiyyatı İran casus dəstəsini ifşa edib. 6 şübhəli həbs edilib.

Qrupa İran kəşfiyyat zabitləri Nəcəf Rostami (şərti adı "Hac") və Mehdi Yekeh Dehqanın (şərti adı "Doktor") rəhbərlik elədiyi müəyyənləşib. Onlar İncirlik Hava Bazasının kəşfiyyatından tutmuş sui-qəsd qruplarının yaradılmasına qədər əməliyyatların planlaşdırılmasından məsul olublar.

Zaman-zaman Azərbaycanda da İranın casus şəbəkəsi ifşa olunub və xeyli sayda üzvləri həbs edilib. Son hadisələr və Türkiyədə keçirilən əməliyyat fonunda ölkəmizdə İrana bağlı qrupların yenidən təftiş olunması gündəmə gəlməlidirmi?

Parlamentin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadənin sözlərinə görə, dövlət təhlükəsizliklə bağlı məsələlərin heç də hamısını açıqlamır. Deputat əmindir ki, Azərbaycanda təhdid yarada biləcək şəxslər nəzarətdədir:

“Hüquq-mühafizə orqanları peşəkar səviyyədə fəaliyyət göstərir. İnanıram ki, təhdid törədə biləcək qüvvələr kontrol altındadır. Ümumiyyətlə, istintaq belə qrupları nəzarətdə saxlayır. Eyni zamanda, ölkədə təxribat yaratmaq həvəsində olanlar bilməlidirlər ki, bu halda ciddi və sərt tədbirlər görüləcək”. 

Arzuxan Əlizadə: “Minsk Qrupunun buraxılması bilavasitə Azərbaycanın  təşəbbüsü və israrlı tələbləri sayəsində mümkün olub” - Azərbaycan Milli  İstiqlal Partiyası

A.Əlizadənin sözlərinə görə, bizə “din qardaşı” deyən İran 30 il ərzində ermənilərə dəstək verib, ölkəmizə isə yanlış islam təfəkkürü və narkotik idxal edib:

“Ona görə də biz hər zaman ayıq-sayıq olmalı, təhlükəsizliyə risk yaradan hallarla bağlı ən kiçik detalı belə nəzarətdə saxlamalıyıq. Azərbaycanın xüsusi xidmət, hüquq-mühafizə orqanları ən yüksək səviyyədə fəaliyyət göstərir. Elə bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi peşəkar əməliyyatlar səfirliklərdən birində terror planlaşdıran qrup ifşa olunaraq istintaqa cəlb edildi. Ona görə də İrana, yaxud başqa dairələrə bağlı agentura şəbəkəsinin addımları ciddi nəzarət altındadır”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu da hesab edir ki, Türkiyədə keçirilən əməliyyat bir siqnaldır və Azərbaycan dövləti bu yöndə müvafiq addımlar atmaqdadır:

“Bizə təhdid yaradan istənilən təhlükəni vaxtında zərərsizləşdirməliyik. Bunun İrandan, yaxud Qərbdən gəlməsinin fərqi yoxdur. Azərbaycan öz sabitliyini, təhlükəsizliyini təmin edən dövlətdir. Bu ölkədə dəfələrlə terrora, təxribata cəhd olunub, amma xüsusi xidmət orqanlarının çevikliyi sayəsində qarşısı alınıb. Əminəm ki, İran agenturasına bağlı qruplar da hazırda ciddi nəzarət altındadır”.

Onun sözlərinə görə, İranın ayırdığı xüsusi ödənişlər hesabına bəzi şəxslər gizli təlimlərə cəlb edilir və ölkəmizdə agentura şəbəkəsinin yaradılmasına xidmət edir:

“Amma Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti mütəmadi araşdırmalar aparır, belə ünsürlər məlum olan kimi ifşa edilir və cinayət məsuliyyətinə cəlb olunurlar”.

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR