İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı məşqçi Azərbaycana gəlsin, gəlməsin? - iki rəy

933 25.12.2025 12:10 Gündəm A A

Cənub qonşumuzda Məhəmməd Bena “məşhər ayağı”na çəkilir

“İranın yunan-Roma güləşi üzrə milli komandasının keçmiş baş məşqçisi Məhəmməd Bena Azərbaycan Güləş Federasiyası ilə danışıqlardan sonra bu ölkənin komandasına rəhbərlik etmək barədə razılığa gəlib və tezliklə müqavilə imzalayacaq” (Axar.az).

Lakin xəbərin yayılmasından sonra İranda bəzi media orqanları, xüsusən sosial media şəbəkəsində Məhəmməd Benaya qarşı kampaniya başladılıb, onun Azərbaycan millisinə rəhbərliyi tənqid olunub.

Qeyd edək ki, M.Bena 2012-ci il London Olimpiadasında İranın yunan-Roma güləşi üzrə milli komandası ilə üç qızıl medal qazanıb.

Bəllidir ki, Azərbaycanın özü də futboldan fərqli olaraq, yunan-Roma güləşi sahəsində böyük uğurlara imza atmış bir ölkədir. Məgər özümüzdə məşqçi tapılmırmı? İranlı məşqçi Azərbaycana gəlsin, gəlməsin?

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

 Aydın Mirzəzadə

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında İran tərəfin buradakı qısqanclığının əsl səbəbini açıqladı: “Bu gün dünyada idman sərhəd tanımır. Ayrı-ayrı ölkələrin idman məşqçiləri işləmək üçün  istədikləri ölkələri seçə bilirlər. Bu, idman sahəsinin əsas prinsiplərindən biridir. Burada milli sərhəd qoymaq düzgün deyil. İran əsilli məşqçinin Azərbaycan tərəfin dəvətinə razılıq verməsi məsələsinə gəlincə, hesab edirəm ki, İranın müəyyən dairələri, sadəcə olaraq, məsələyə qısqanclıqla yanaşırlar. İş burasındadır ki, güləş üzrə Azərbaycan idmançıları dünyada İranın əsas və ciddi rəqiblərindən biridir. Təsadüfi deyil ki, bir çox güləş üzrə Olimpiya yarışlarının finallarında Azərbaycan və İran idmançıları yarışırlar. Burada qısqanclığa heç bir əsas görmürəm. İranın özündə çox yaxşı məşqçilər var. Məhəmməd Bena Azərbaycan millisində böyük potensial görərək dəvətə razılıq verib. Hesab edirəm ki, bu məsələdə İran tərəfi qısqanclıq etmək yox, əksinə, Azərbaycanla birlikdə güləşin səviyyəsini qaldırmaq üçün öz səylərini göstərməlidir. Nəticə media orqanlarında yer alan tənqidi məqalələrlə, eləcə də sosial mediada paylaşılan statuslarla deyil, tatami üzərindəki güclünün qalib gəlməsi ilə ölçülür”. 

İdman mütəxəssisi Kənan Məstəliyev hesab edir ki, iranlı məşqçinin ölkəmizə gəlməsi çox faydalı olar: “Bena çox yaxşı məşqçidir. Onun kimi təcrübəli mütəxəssislər ancaq səmərə verə bilərlər. Güləş bizim milli idman növümüzdür, onlarla, yüzlərlə Avropa, dünya və Olimpiya çempionlarımız var. Məşqçilərimiz də var. Amma Bena kimi mütəxəssislərin gəlişi də ziyan olmaz. İran da güləş ölkəsidir, orada da yaxşı idmançı və məşqçilər var. Bu səbəbdən də bu təyinata normal yanaşa bilərik. O gələrsə, mütləq köməkçiləri yerli məşqçilər olacaq və onlar da təcrübə qazanacaq, daha da yaxşı olacaqlar. Güləş millimizdə indiyə qədər də əcnəbi məşqçilər çalışıb və uğurlu da olublar. Hələ ki rəsmi heç nə yoxdur, amma mən Benanın təyinatını müsbət qarşılayardım”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR