Ermənistanda parlament seçkilərinin yekun nəticələrindən narazı qalan siyasi qüvvələr iyunun 19-na qədər Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan məlumat verib.
MSK sədri bildirib ki, iyunun 19-u şikayət üçün son gündür və növbəti proseslər məhz məhkəmənin qərarından asılı olacaq. O, seçkilərin yekun nəticələrinin iyunun 14-də elan ediləcəyini, o vaxta qədər isə daxil olan şikayətlərə baxılacağını və səslərin yenidən sayılacağını dəqiqləşdirib.
Xatırladaq ki, ilkin nəticələrə görə, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası 49,83% səslə seçkilərin qalibi olub. İkinci yerdə 23,28% səslə "Güclü Ermənistan" Partiyası, üçüncü yerdə isə 9,93% səslə Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku qərarlaşıb.
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinin dərc olunmasından sonra əsas müzakirə mövzusu müxalifətin nə edəcəyi, xüsusən də parlamentə daxil olan qüvvələrin mandatları götürüb-götürməyəcəyi ilə bağlıdır. Yekun nəticələr 14 iyunda dərc olunacağı üçün belə bir qərarın qəbul edilməsinə hələ bir həftə var. Bundan əvvəl müzakirələr və müraciətlər olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Past” yazıb.
Nəşr bildirib ki, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası artıq səslərin yenidən sayılmasını tələb edib:
“Ermənistan” blokunun lideri, keçmiş prezident Robert Köçəryan də bəyanat verərək, seçkilərin nəticələrini mübahisələndirəcəklərini bildirib. O qeyd edib ki, bu seçkilər hökumətin geniş təzyiqi, müxalifətçilərin həbsləri, inzibati resurslardan misli görünməmiş istifadə və seçki pozuntuları şəraitində keçirilib.
Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun da nəticələrlə barışmayacağı gözlənilir. Artıq blok dərc olunmuş rəqəmlərin real mənzərəni əks etdirə bilməyəcəyini və dərin araşdırma, hüquqi-siyasi qiymətləndirmə olmadan qəbul edilə bilməyəcəyini bəyan edib. Blok həmçinin bildirib ki, bütün seçki prosesi boyunca “Güclü Ermənistan” hökumət tərəfindən təşkil edilən misli görünməmiş və kütləvi təzyiq və təqib altında olub.
“Birlik Qanadları” Partiyası da elan edilmiş seçki nəticələrini qəti şəkildə rədd edir və bunların Ermənistan vətəndaşlarının əsl iradəsini əks etdirmədiyini iddia edir: “Biz səsvermə nəticələrinin yenidən sayılması prosesinə başlayırıq”.
Bir sözlə, ilkin rəqəmlərin dərc edilməsi prosesi bitirmir, bəlkə də hər şey yeni başlayır.
Mandatların götürülüb-götürülməməsi məsələsinə gəlincə, bu, siyasi qərardır və yalnız siyasi böhran yaratmaq və ya parlamentin legitimliyi baxımından müzakirə edilə bilər. Amma hüquqi baxımdan bu, heç nəyi dəyişmir. Bu məsələ yalnız yekun nəticələr elan edildikdən sonra müzakirə edilə bilər”.
Xatırladaq ki, parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/results?search_query=tv+musavat






