“Topol” və “İskəndər” raket komplekslərinin buraxılış qurğularının yaradılmasına rəhbərlik edən, “CKB-Titan”ın keçmiş baş konstruktoru Valerian Sobolev Volqoqrad şəhərində 87 yaşında dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Sobolevin baş konstruktoru olduğu təcrübə–konstruksiya bürosunda “Pioner”, “Oka”, “Topol”, “Toçka-U” və “İskəndər” raket komplekslərinin buraxılış qurğuları hazırlanıb.
Bundan əlavə, 1990-cı illərin əvvəlində o, Volqoqrad vilayəti administrasiyası rəhbərinin birinci müavini vəzifəsini də icra edib.
Musavat.com






