İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov rejimi tənqid edənləri başını uçurmaqla hədələdi

506 11.12.2025 17:02 Dünya A A

Çeçenistanın rəhbəri Ramzan Kadırov respublikaya dron hücumlarının artması ilə bağlı keçirilən və güc strukturlarının nümayəndələrinin iştirak etdiyi görüşdə xaricdən rejimi tənqid edən həmvətənlərini “başını uçurmaqla” hədələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumat onun rəsmi səhifəsi video yayımlayıb. Kadırovun sözlərini “Qafqaz.Realii” nəşri tərcümə edib.

“Bizdə respublikada artıq hər şey sakitdir. Bir vaxtlar küçəyə çıxmaq mümkün deyildi. Amma Avropada oturub bunu anlamayanlar var. Onlara müraciət edirəm — dilinizi dişinizin arasında saxlayın, sabah sizi nə gözlədiyini bilmirsiniz. Vətəndən qiymətli heç nə yoxdur. Siz hamınız ona həsrətsiniz, amma kiminləsə gedib-gəlməyiniz nəticəsində nəsə danışırsınız. Bundan bizə nə isti, nə soyuq. Amma bir şeyi bilirəm: kim nəsə yazıbsa, başını uçuracağıq, buna heç bir şübhə yoxdur. Xüsusilə də kim bizim şərəfə toxunursa. Onlar bizim düşmənlərimizdir”, -deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR