İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamilə Vəliyeva qayıtdı - 4 il sonra...

1537 25.12.2025 11:39 Ölkə A A

Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın Ümumdünya Antidopinq Agentliyinin tələbi ilə İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən təyin etdiyi 4 illik diskvalifikasiya müddəti başa çatıb.

Musavat.com “RİA Novosti”yə istinadən xəbər verir ki, idmançı indi yenidən rəsmi yarışlarda iştirak etmək hüququ qazanıb.

İdman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dörd il müddətinə diskvalifikasiya edib və 25 dekabr 2021-ci il tarixindən etibarən onun çıxışlarını ləğv edib. Bu, həmçinin Rusiya komandasının Pekin Olimpiadasındakı nəticələrinə yenidən baxılmasına səbəb olub. İsveçrə Federal Məhkəməsi Vəliyevanın apellyasiya şikayətini rədd edib və o, 2022-ci il Avropa çempionatında qızıl medaldan məhrum edilib.

Vəliyeva Dmitri Peskovun xanımı, olimpiya çempionu Tatyana Navkanın məktəbində Svetlana Sokolovskayanın rəhbərliyi altında məşq edir. Hazırda onun 19 yaşı var. Onun nailiyyətlərinə 2021-ci il Rusiya çempionatında gümüş medal, 2020-ci ildə gənclər arasında dünya çempionatında çempion titulunu və ISU Qran Pri seriyasının iki yarışındakı qələbələri daxildir. Vəliyeva həmçinin qısa proqramda, sərbəst skeytdə və ümumi xalda dünya rekordlarına sahibdir.

Kamilə Vəliyeva Kazanda anadan olub, azərbaycanəsili olması barədə Azərbaycan saytları yazıb, amma bunu təsdiq edən fakt yoxdur. Kamilə tatardır. İdmançının atası və anası haqqında çox az şey məlumdur, o, jurnalistlərlə görüşərkən onları nadir hallarda xatırladır. Kamilə 3 yaş yarımdan fiqurlu konkisürmə ilə məşğul olur. 15 yaşlı bu qız komanda yarışlarında Rusiyaya bir qızıl medal qazandıranlar sırasında idi. Amma şəxsi yarışlar başlamaq ərəfəsində onun adı dopinq qalmaqalında hallandı. Kamilədən dopinq testi 2021-ci il, dekabrın 25-də Sankt-Peterburqda fiqurlu konkisürmə üzrə Rusiya çempionatı zamanı götürülüb. Nəticələr isə 2022-ci ilin fevralın 8-də, XXIV Pekin Qış Olimpiadasının açılış günündə bəlli olub. Bundan sonra idmançı reqlamentə uyğun olaraq yarışdan müvəqqəti kənarlaşdırılmış, Vəliyeva buna etiraz etmiş və ertəsi gün Rusiya Antidopinq Agentliyi (RUSADA) müvəqqəti diskvalifikasiyanı ləğv edərək, onun olimpiadada iştirakını davam etdirməsinə icazə vermişdi.

Beynəlxalq Olimpiya Komitəsi isə Rusiya Antidopinq Agentliyinin bu qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmişdi. Beləliklə, günlərlə davam edən araşdırma başladı. Amma araşdırma Beynəlxalq Olimpiya Komitəsinin iddiasını qəbul etmədi, Kamilə yarışlara buraxıldı. Amma həmin günlər ərzində isə Kamiləyə xüsusilə ABŞ mediasında ciddi basqılar oldu, bir müsəlman qızcığaz anti-Rusiya siyasətinə alət edilməsi təkcə qəbueledilməz deyildi, həm də qeyri-insani idi.
15 yaşlı qızı saatlarla davam edən sorğu-sualı onun şəxsi yarışlara buraxılması ilə nəticələndi. Amma şəxsi yarışlarda Kamilə uğur qazana bilmədi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR