İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlson Kremlə yarınmaq üçün arqument tapıb – Venesueala...

359 08.01.2026 15:15 Dünya A A

“ABŞ-nin Venesuelaya qarşı güc tətbiq etməsi Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını tənqid edən Qərb tənqidçilərini hər hansı bir arqumentdən məhrum edib”.

Bu fikri amerikalı jurnalist və ən populyar mühafizəkar şərhçilərdən biri olan Taker Karlson dünən onlayn proqramında bildirib.

O, hazırkı vəziyyətdə Ukraynaya qarşı müharibəyə başlamaq qərarına görə Rusiyanın tənqid etməsinin çətin olduğuna əmindir. "Söhbət sərhədində təhlükə ilə üzləşən böyük bir dövlətdən gedir və o, özünü müdafiə etmək üçün tədbirlər görür", - deyə Karlson vurğulayıb.

Ötən ilin fevralında RF prezidenti Vladimir Putinlə görüşəndən sonra hər ay bir neçə dəfə Rusiyaya rəğbət ifadə edən açıqlamalar verən jurnalist deyib ki, kollektiv Qərb Rusiyanın xüsusi hərbi əməliyyata başlamaq qərarının əsassız və haqsız olduğunu iddia edir, ancaq artıq bu arqument irəli sürülə bilməz.

T.Karlson deyib: "Niyə Rusiya kimi böyük bir dövlət özünü müdafiə etməməlidir?" 

O, qeyd edib ki, bu, Tayvan ətrafındakı vəziyyətə və Çinin materik hissəsinin  adaya iddialarına aiddir. Bu, o anlama gəlir ki, Karlson Çinin Tayvanı işğal etmək niyyətini legitim sayır.  

Jurnalist əlavə edib ki, Ukrayna böhranı məsələsində ABŞ “dörd ildir ki, üçüncü tərəf vasitəsilə Rusiyaya qarşı müharibə aparır”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR