İnsanlara hürriyət, millətlərə istiqlal!

 Kim Çen Inın varisi o olacaq 

949 12.02.2026 10:04 Dünya A A

Kim Çen In qızını yaxın zamanda varisi elan edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.

Bildirilir ki, 13 yaşlı Kim Çu E Şimali Koreyanın (KNDR) rəhbərliyinə gələn ilk qadın olacaq.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti hesab edir ki, Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çu E artıq faktiki olaraq varis kimi təyin edilmək mərhələsindədir. Kim Çu E son zamanlar ordunun yubiley tədbirləri və Kımsusan Günəş Sarayına səfəri kimi ictimai mərasimlərdə diqqətçəkən iştirakını davam etdirir və eyni zamanda bəzi siyasi qərarların müzakirələrində iştirakı müşahidə olunur.

Kəşfiyyat xidməti həmçinin bildirib ki, Kim Çu E-nin fevral ayında gözlənilən Koreya İşçi Partiyasının 9-cu qurultayında iştirak edib-etməyəcəyini diqqətlə izləməyi planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR