İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiprdə dəhşətli qalmaqal: Tatildə ölən britaniyalının ürəyi oğurlandı FOTO

702 03.12.2025 03:35 Dünya A A

Musavat.com xəbər verir ki, Güney Kipr Rum İdarəsində ailəsi ilə istirahətdə olarkən həyatını itirən 76 yaşlı britaniyalı Maykl Qreylinin ölümündən sonra ortaya çıxan detallar böyük qalmaqala səbəb olub.

İngiltərəyə göndərilən cəsədə ikinci dəfə otopsi aparıldıqda mərhumun ürəyinin yox olduğu müəyyən edilib.

İngiltərə mediasının məlumatına görə, Qreylin tatil zamanı ayağında uyuşma şikayəti ilə xəstəxanaya aparılıb və təxminən 10 dəqiqə sonra ailəsinə onun öldüyü bildirilib. Rəsmi sənədlərdə ölüm səbəbinin göstərilməməsi ailənin şübhələrini artırıb və cəsəd İngiltərəyə göndərilərək Rochdale Adli Tibb Mərkəzində yenidən otopsiyaya cəlb edilib. Məhz bu ikinci otopsidə mərhumun ürəyinin bədənindən çıxarıldığı aşkar edilib.

Qreylinin həyat yoldaşı İvon Qreylin İngilis mediasına açıqlamasında bildirib ki, ərinin ürəyi Kiprdə kimsə tərəfindən çıxarılıb və bu səbəbdən onun ölüm səbəbinin müəyyənləşdirilməsi mümkün olmayıb. O, ailəyə ürəyin harada olduğuna dair heç bir məlumat verilmədiyini deyərək böyük şok yaşadığını vurğulayıb.

Hadisə ailənin Kipr hakimiyyətinə müraciət etməsindən sonra hüquq-mühafizə orqanlarını da hərəkətə keçirib. GKRY polisi məsələnin kim tərəfindən və hansı məqsədlə edildiyini müəyyənləşdirmək üçün rəsmi istintaqa başlayıb.

Mərhumun yaxınları baş verəni “insanlıqdan kənar”, “ağılla izah olunmayan” hadisə adlandıraraq, cavabdehlərin tapılması və ürəyin haraya aparıldığının müəyyənləşdirilməsini tələb edirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR