Ukrayna Silahlı Qüvvələri Seversk şəhərinin itirilməsi ilə bağlı Rusiyanın yaydığı məlumatları təkzib edib.
Musavat.com xəbər verir ki, 11-ci Ordu Korpusunun sözçüsü Dmitri Zaporojets bildirib ki, Rusiya tərəfinin şəhərin ələ keçirilməsi barədə açıqlamaları reallığı əks etdirmir.
Onun sözlərinə görə, Seversk uğrunda döyüşlər hazırda da davam edir və Ukrayna qüvvələri bütün imkanlarını səfərbər edib:
“Rusiyanın Severskin tutulması ilə bağlı bəyanatları həqiqətə uyğun deyil. Şəhər uğrunda mübarizə gedir. Hazırda əsas məqsədimiz düşmənin yaşayış məntəqəsində canlı qüvvə toplanmasının qarşısını almaqdır”, – deyə Zaporojets qeyd edib.
Bununla belə, Ukrayna tərəfi Rusiya hərbçilərinin Severskin cənub və şimal kənarlarına daxil olduğunu təsdiqləyib. Rəsmi Kiyev bildirir ki, şəhərin mərkəzinə nəzarət Ukrayna qüvvələrinin əlində qalır və müdafiə əməliyyatları davam etdirilir.
Musavat.com






