İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kızılcık şerbeti”nin aktrisası BMT elçisi seçildi

880 17.02.2026 15:27 Şou-biznes A A

Aktrisa Özge Özacar mühüm sosial məsuliyyət missiyasını üzərinə götürüb.

Musavat.com xəbər verir ki, tanınmış sənətçi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilən “Finansla Gələcək” layihəsinin könüllü dəstəkçisi və elçisi seçilib.

Gənclərin maliyyə savadlılığı üzrə təhsil almasına töhfə verməyi hədəfləyən layihənin detalları bu gün Qaziantep şəhərində keçirilən tədbirdə ictimaiyyətə təqdim olunub.

Birləşmiş Millətlər Təşkilatının qlobal inkişaf şəbəkəsi yaratmaq məqsədilə təsis etdiyi proqramın yeni layihəsinin toplantısında iştirak etmək üçün Qaziantepə yollanan Özge Özacar bir il ərzində təşkil olunacaq tədbirlərdə fəal şəkildə iştirak edəcək.

Mərmərə Universitetinin Kommunikasiya Fakültəsinin məzunu olan aktrisa daha əvvəl də maarifləndirici təsir yaradan bir çox sosial məsuliyyət və xeyirxahlıq layihələrində könüllü olaraq yer alıb.

Qeyd edək ki, Özge Özacar “Kızılcık şerbeti” serialında “Görkem” obrazını canlandırıb. 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR