“Koroğlu” metrosu yaxınlığında yol qəzası olub.
Musavat.com bildirir ki, hadisə avtobus dönmə manevri edərkən baş verib.
Bu zaman arxadan gələn “Prius” markalı minik avtomobili avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində olan nəqliyyat vasitələrinə isə maddi ziyan dəyib.
Şahanə Rəhimli
Musavat.com






