İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiya bataqlığının “demokratları”

901 04.12.2025 18:27 Yazarlar A A

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi final mərhələsinə yaxınlaşmaqdadır.

“Əsrin məhkəməsi”ndə saysız-hesabsız tükürpədici cinayətlər açıqlanıb, şahidlərin ifadələri, tutarlı sənədlərin, sübutların ortaya qoyulması ilə Azərbaycana qarşı insanlıq cinayəti törətmiş separatçı liderlər və digər ittiham olunanlar ifşa edilib.

Özünü “ədalət mücəssəməsi” adlandıran mərkəzlər, beynəlxalq təşkilatlar, paytaxtlar isə uşaq qatillərinə qurulan ədalət məhkəməsində səslənən faktları, təqdim olunan videogörüntüləri görməzdən, eşitməzdən gəldilər. Əksinə, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) məhkəmə istintaqı aparılan separatçıları “əsir” kimi təqdim edib, rəsmi Bakıdan hesabat istədi. Absurd bir qərar! Bir ölkənin ərazilərinin işğalında, minlərlə insanın qətliamında, yüz minlərlə vətəndaşın ev-eşiklərindən didərgin salınmasında, sərvətlərin talanmasında nəinki iştirakçı olmuş, üstəlik bu cinayətlərin başında dayanmış cəlladları “əsir” adlandırıb, onların azadlığına çalışmaq...Bu, hüquqi nihilizmin son həddi, Avropa adına yaraşmayan sərsəm yanaşmadır. Avropanın ayrı-ayrı təsisatları zaman-zaman Azərbaycana qarşı pressinq siyasəti yürüdüblər, işğal dövründə torpaqlarımızın ilhaqına nail olmaqdan ötrü dəridən-qabıqdan çıxanlar ərazilərimizi təkbaşına azad etdiyimizdən sonra da müxtəlif bəhanələrlə üstümüzə gəlməkdədirlər. Avropa İttifaqı, Avropa Parlamenti, AŞ PA, Avropa İttifaqının ayrı-ayrı “müfəttişlər”inin ədalətin bərpası uğrunda mübarizə aparan Azəraycana qarşı ikrah doğuran mövqeləri tarixin qara səhifələrinə həkk olunacaq. Bu, Avropa demokratiyası adı altında çamuratma siyasəti yürüdənlərin üz qarası olan mövqedir, anlaya bilsələr...
ABŞ Senatı 14-cü dəfə o qanun layihəsini rədd etdi

Bu günlərdə ABŞ Senatında Ed Marki və Şeldon Uaythaus başda olmaqla, demokratların lideri Çak Şumer və 27 senatorun imzaladığı məktub da bəlli siyasətin tərkib hissəsidir. Məktub müəllifləri Azərbaycan rəsmilərinə qarşı qlobal Maqnitski sanksiyalarının tətbiq edilməsinə çağırış edib, Bakıdakı ədalət məhkəməsində cinayətləri ifşa olunanları “erməni hərbi əsirləri” adlandıraraq, separatçı liderlərin azad edilməsini istəyiblər. Diqqət edirsinizmi, AİHM-in bəlli mövqeyinin ardınca amerikalı ermənipərəstlər də hərəkətə keçib. Biz bunları çoxdan tanıyırıq, hələ 1992-ci ildə, cəmi bir ildir müstəqilliyini elan etmiş Azərbaycana qarşı Azadlığı Müdafiə Aktına 907-ci düzəliş adlı sanksiya qərarını qəbul etdikləri zamandan...Sonrakı illərdə maraqları tələb edən zaman sanksiya qərarını dondursalar da, birdəfəlik ləğv etməyə tələsmirlər. Pressinq siyasətini davam etdirirlər.

Amerikalı senatorlar Levon Ter-Petrosyanın da etiraf etdiyi faktı, yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycandan deportasiya edilməsini dilə gətirib, insanların yaşamaq hüququna əməl edilməsi tələbini qaldırmaqdansa, guya Qarabağda yaşamış 120 min (?!) erməninin köçürüldüyünü iddia edirlər, “etnik təmizləmə”dən danışırlar. Bu kimi əsassız iddiaları səsləndirənlərin bəziləri artıq azadlığa “içəri”dən baxırlar. ABŞ-dəki senator, konqresmenlər, həmçinin erməni pullarının təsiri altında bihuş olmuşların, Nelson Pelosi kimi, ermənilər üçün pul qarşılığında saxta göz yaşları tökənlərin bəziləri zaman-zaman ifşa olunur, onların korrupsiya əməlləri ortaya çıxır. Bu ilin əvvəlində Ermənilərin daha bir himayədarı ABŞ-da korrupsiya və rüşvətxorluqda təqsirli bilinən Nyu-Cersi ştatının keçmiş senatoru Bob Menendezin 71 yaşında 11 illik həbs cəzası aldı. Amma yenə də digərlərinə dərs olmur.

Avropa İttifaqının rəhbərliyində olmuş şəxsləri də islah olunmur. 2014–2019-cu illərdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi olmuş Federika Moqerinin “College of Europe”nın rektoru kimi tender korrupsiyasına qurşandığı ortaya çıxıb. Amma şübhə yoxdur ki, ədalətli araşdırma aparılsa, çox mətləblər üzə çıxar, ermənilərədək uzanan korrupsiyayadək. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin erməni separatçılar üçün necə yaxa yırtmasını da unutmamışıq.

Azərbaycan Prezidentinin bu, yuxularını qaçıran avropalı diplomata öldürücü cavabını da unutmamışıq. Sitat: “Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cosep Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.

Qələbəmizi, Ermənistanın işğalçı ordusunu darmadağın etməyimizi, Xankəndidə 100 il davam etmiş separatizmi cəhənnəmə göndərməyimizi həzm edə bilməyənlər hələ də “xaric” səslər səsləndirirlər. Hətta Ermənistan hakimiyyəti belə, Bakıda mühakimə olunan separatçılarla bağlı danışmağa cəsarət eləmir, ehtiyatlı davranır, çünki anlayırlar, ittihamlar tamamilə əsaslıdır, onlar ən ağır cəzanı haqq edirlər. Amma yenə də qərbdəki bəzi “demokratlar” sərsəmləməkdən sanki zövq alırlar. Gedib, ayıbların kor olmaqdansa...

Ева Кайли из Греции избрана вице-президентом Европарламента - ESG News

2022-ci il dekabrın əvvəlində Belçika polisi Brüsseldə onlarla mənzil və ofisdə axtarış apararkən Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla, dörd nəfəri həbs edilmişdi. Belçika prokurorluğunun açıqlamasında deyilirdi ki, istintaqa cəlb olunan bütün müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və strateji mövqelərə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə, yaxud hədiyyələr verməkdə şübhəli bilinirlər. Axtarışlar nəticəsində şübhəlilərdən birinin evindən 600 min avro, adı açıqlanmayan Avropa Parlamentinin başqa deputatının evindən 150 min avro, Brüsseldəki otel otağındakı çamadanından isə 750 min avro aşkar edilmişdi. Sonrakı illərdə də dəfələrlə bənzər korrupsiya hadisələri baş verib. Moqerini olayı təkcə bir nəfərlə bağlı deyil ki... AB-nin keçmiş Baş katibi Stefano Sannino da saxlanılıb. İstisna deyil ki, bütün baş verənlərdə Borrelin də əli var. Bu mənada erməni canilərin əsas himayəçilərindən biri Borrelin də fəaliyyəti araşdırılmalıdır. Əgər ortada çirkli əlaqələr olmayıbsa, separatizmin himayə olunması üçün niyə bu qədər canfəşanlıq etsin ki? Üstəlik, öz ölkəsi – İspaniya da separatizmdən əziyyət çəkdiyi halda...Yaxud Avropa Parlamentinin Sədri Roberta Metsola, Avropa Parlamenti Sədrinin müavini, yunanıstanlı deputat Eva Kayli  ilə bağlı biabrıçı korrupsiya faktları ortada ikən bu qurumların səlahiyyətliləri hansı üzlə Azərbaycanın üstünə gəlirlər? Kayli rüşvətxorluqda və şübhəli mənbələrdən aldığı külli miqdarda pulun yuyulmasında ittiham olunaraq həbs edilmişdi. Azərbaycana və Türkiyəyə aşkar nifrət aşılayan həmin bu yunan deputat 2020-ci ilin oktyabrında diplomatik pasportlara malik azərbaycanlılar üçün Şengen vizasının ləğvi ilə bağlı Avropa İttifaqına sorğu təqdim etmişdi. Səbəbi? Azərbaycanın Qarabağa “təcavüz” etdiyi iddiasına görə...Həyasızlığın həddini görürsünüzmü? İddia edirdi ki, Ermənistan Türkiyənin də dəstək verməsi ilə hücum təhlükəsi qarşısındadır. Ermənistanın işğalçılıq siyasətini müdafiə edən, Avropa Parlamentində Azərbaycanın əleyhinə qərar və qətnamələrin qəbulunda xüsusi canfəşanlıq göstərən yunan deputat özünün qazdığı quyuya düşdü.  

DÇ-2022 ilə bağlı korrupsiya faktları ortaya qoyulandan, keçirilən reydlər zamanı 1,58 milyon avro nağd pul müsadirə ediləndən sonra Avropa Parlamentindəkilə “şələ-şüləsini” yığışdırmalı, qapıları bağlayıb, dağılışmalı idilər. Avropa Parlamentinin sədr müavini Eva Kaylinin vəzifəsindən azad edilməsinin lehinə 635, əleyhinə yalnız bir nəfərin səs verməsi belə, bu qurumun çirklənmiş simasını təmizləyə bilməzdi. Çünki bu qurum mövcud olduğu illərdə çox işləklərə imza atıb, çox günahsız qanlar tökülməsinə, haqsızqlılar edilməsinə göz yumub. Bir qurumun ki sədr müavininin – söhbət yunan siyasətçisi Eva Kailidən gedir və digərlərinin adı Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktında keçir, həbs olunur, demək belə bir təsisatın yaşamağa haqqı yoxdur! Avropa İttifaqının özü belə, korrupsiya girdabında boğulan, çürümüş bir struktura çevrilib.

Ms Ursula VON DER LEYEN - EU Whoiswho - Publications Office of the EU

Bu günlərdə Avropa nəşri “Politico” mənbələrə istinadən yazmışdı ki, Avropa Birliyindəki korrupsiya qalmaqalı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və AB diplomatiya rəhbəri Kaja Kallas arasındakı münaqişəni daha da şiddətləndirəcək. Yazıda Belçika polisinin və Avropa Dövlət Prokurorluğunun Brüsseldəki Avropa Xarici Fəaliyyət Xidmətinin qərargahında, Brüggedəki Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış aparması, bu axtarışlar zamanı “üç nəfərin saxlanılması” xatırladılıb. Görün qos-qoca Avropanın ali rəhbərliyində olanların adları hansı hadisələrlə bağlı hallanır, “demokratiya”, “insan hüquqları”ndan mühazirə deyənlər nələrdə ittiham olunur: tender, futbol korrupsiyasında. Vaxt gələcək insan qatillərini çirkli pulların qarşılığında müdafiə edənlərin mühakiməsi və cəzalandırılmasına da tarix şahidlik edəcək...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR