Rusiya prezidenti Vladimir Putin bir sıra rezonans doğuran qanunları imzalayıb. Yeni qərarlara əsasən, dövlət məmurları artıq gəlirləri barədə bəyannaməni yalnız “xüsusi əsaslar” olduqda təqdim edəcəklər. Bu isə faktiki olaraq ümumi hesabatlılıq mexanizminin zəiflədilməsi deməkdir.
Musavat.com xəbər verir ki, paralel olaraq Kremlin Donbas və qondarma “Novorossiya”nın Rusiya təhsil sisteminə inteqrasiyası ilə bağlı planları yenidən təxirə salınıb. Müddət daha iki il uzadılaraq 1 yanvar 2028-ci ilədək keçirilib.
Bununla yanaşı, kommunal sahədə də məcburi yenilik tətbiq olunur. Rusiya regionlarında (Moskva istisna olmaqla) mənzil-kommunal təsərrüfatı qurumları və sakinlər yalnız “MAX” messenceri üzərindən ünsiyyət qurmalı olacaqlar.
Beləliklə, qəbul edilən qanun paketi həm məmurlar üçün şəffaflığı zəiflədən, həm də işğal olunmuş ərazilərin “inteqrasiya” prosesini illərlə uzadan yeni hüquqi çərçivə formalaşdırır.
Musavat.com






