Nikol Paşinyanın Moskvaya səfəri fonunda baş tutan etiraz aksiyaları təsadüfi deyil və Kremlin bu prosesin arxasında dayandığına dair şübhələr getdikcə artır.
Musavat.com xəbər verir ki, Ermənistan səfirliyinin qarşısında keçirilən aksiyanın Paşinyan hökumətinə qarşı açıq siyasi təzyiq mesajı daşıdığı görünür.
Moskva diasporunun əlindəki plakatlarda kilsə təmsilçiləri və Samvel Karapetyanın fotoları olsa da, aksiyanın əsas məqsədi Kreml tərəfindən formalaşdırılmış təsir mexanizmindən istifadə etməkdir. Kilsə xətti Rusiyanın erməni cəmiyyətinə ən güclü təsir alətlərindən biridir və Kremlin bu təsir vasitəsindən imtina etmək istəmədiyi görünür.
Paşinyan hökuməti ilə kilsə arasındakı qarşıdurmanın Moskva tərəfindən qəsdən alovlandırılması da təsadüfi deyil. Kreml zəifləyən kilsə dayağını qoruyub saxlamağa və onu strateji təsir mərkəzinə çevirməyə çalışır. Moskvanın məqsədi isə Paşinyana qarşı əlavə təzyiq yaratmaq, onun manevr imkanlarını daraltmaqdır.
Bu aksiyalar, təkcə diaspor etirazı deyil, Kreminin uzun illərdir məşq etdiyi siyasi mesaj formatıdır. Rusiyanın mesajı aydındır: Ermənistan kilsəsi ilə Paşinyan hökuməti arasındakı qarşıdurma, Moskva üçün hələ də strateji təsir alətidir və Kremlin bu kanalı itirmək niyyəti yoxdur.
Musavat.com






