Kreml ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı günün ikinci yarısında görüşəcəyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna üzrə danışıqların uğurunda maraqlıdır və buna görə proses media üzərindən “meqafon rejimində” aparılmayacaq. Onun sözlərinə görə, görüşün əvvəlindən qısa görüntülər yayımlanacaq və yekunda KİV üçün bəyanat da istisna olunmur.
Peskov Yermakın vəzifədən uzaqlaşdırılmasının Ukrayna ilə danışıqlara təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bunun yalnız “praktikanın göstərəcəyi” məsələ olduğunu deyib.
Görüşün gündəliyi açıqlanmasa da, tərəflərin əsas mövzusunun Ukrayna üzrə danışıqlar prosesi olacağı bildirilir.
Musavat.com






