İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə yaxın Telegram kanalı Paşinyan ailəsi barədə istehzalı yazı yaydı

454 27.02.2026 15:56 Dünya A A

Ermənistan baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanla bağlı sosial mediada və telegram kanallarında növbəti müzakirələr başlayıb.

Musavat.com erməni mənbələrinə istinadən xəbər verir ki, kremlpərəst “Tovariş general” adlı telegram kanalında Paşinyan və Akopyanın münasibətlərinin sona çatması ilə bağlı ironik yazı yayılıb.

Kanalın paylaşımında bildirilir ki, əvvəllər Anna Akopyanın açıqladığı “mülki nikahın sonu” ifadəsi faktiki ayrılıq kimi şərh olunur. Yazıda ironik üslubda qeyd edilir ki, bu vəziyyət Paşinyana daha çox vaxt qazandıra bilər və o, diqqətini Ermənistan Apostol Kilsəsi ilə qarşıdurmaya və “mənəvi dəyərlər” mövzusundakı çıxışlarına yönəldə bilər.

Paylaşımda həmçinin iddia olunur ki, baş verən proseslər “teatral xarakter daşıyır” və ailə daxilindəki hadisələrin ictimai-siyasi kontekstdə başqa məqsədlərə xidmət edə biləcəyi ehtimalı vurğulanır. Müəlliflər Paşinyanın son günlər ictimai tədbirlərdə aktiv görünməsini və sosial şəbəkələrdə paylaşımlarını da buna nümunə kimi göstərirlər.

Eyni zamanda, kanalda Anna Akopyanın gələcəkdə yeni siyasi layihədə yer ala biləcəyi ilə bağlı ironik ehtimallar da səsləndirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR