Rusiya prezidentinin yanında fəaliyyət göstərən Milli Dəyərlər və Tarixi Siyasət Mərkəzinin (NTSP) rəhbəri Yelena Malışeva Vladimir Putinin tarixə “böyük hökmdar” kimi salınmalı olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Malışeva Putinin adının artıq İvan III, Pyotr I və Yekaterina II ilə eyni sırada çəkilməli olduğunu iddia edib. Onun sözlərinə görə, “böyük” adlandırılan hökmdarlar “cəmiyyətdə, iqtisadiyyatda və geopolitikada titan miqyaslı dəyişikliklərə imza atan”, həmçinin “ölkənin inkişaf vektoruna görə tam məsuliyyəti üzərinə götürən” liderlər olub.
NTSP rəhbəri bildirib ki, guya hazırda Rusiyada da “oxşar tarixi vəziyyət” yaşanır və bu səbəbdən Putinə “böyük” titulunun verilməsi tam məntiqlidir.
Musavat.com






