İnsanlara hürriyət, millətlərə istiqlal!

“Leopard” blinçiklər sosial şəbəkələri fəth etdi – VİDEO

681 10.02.2026 01:47 Maraqlı A A

Sosial şəbəkələrdə son günlərin ən populyar kulinariya trendi “leopard” naxışlı blinçiklər olub.

Musavat.com xəbər verir ki, qeyri-adi görüntüsü ilə diqqət çəkən bu blinçiklər hazırlanma sadəliyinə görə də geniş maraq qazanıb. 

d6f89bf7-7d5f-4a3f-b60f-0f29e1acdb4f.jpg (153 KB)

Məlumata görə, resept üçün adi blinçik xəmiri yoğrulur və üç hissəyə bölünür. İki hissəsinə kakao əlavə edilir: birinə az, digərinə isə bir qədər çox — rəng fərqi yaranması üçün. Üçüncü hissə isə ağ saxlanılır. Qızdırılmış tavada əvvəlcə tünd və açıq rəngli xəmirlə xırda “ləkələr” çəkilir, daha sonra üzərindən ağ xəmir tökülür. 

Nəticədə blinçiklərin üzərində leopard dərisini xatırladan maraqlı naxış yaranır. Dad baxımından klassik blinçiklərdən fərqlənməsə də, vizual görüntüsü süfrəyə xüsusi cazibə qatır.

İstifadəçilər bu blinçikləri bal, şokolad sousu, mürəbbə və ya təzə meyvələrlə təqdim etməyi tövsiyə edirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR