ABŞ-li senator Lindsey Graham İran hakimiyyəti ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, senator İranın dini rəhbərliyini və mövcud rejimi 1979-cu ildən bu yana ən zəif mövqedə olmaqda ittiham edib.
Lindsey Graham bildirib: “Onların iqtisadiyyatı dağınıq vəziyyətdədir, hərbi qüvvələri zəifləyib, xalq isə küçələrə çıxır — iranlılar zülmün sona çatmasını tələb edirlər”.
Senatorun sözlərinə görə, hazırkı vəziyyət müxtəlif daxili və xarici təzyiqlərin eyni vaxtda üst-üstə düşməsi nəticəsində formalaşıb. “Bütün bu amillər bir araya gəlir. Biz bu məqamdan istifadə etməliyik”, — deyə Lindsey Graham vurğulayıb.
Qeyd edək ki, Lindsey Graham uzun illərdir İran rejiminə qarşı sərt xətt tərəfdarlarından biri kimi tanınır və Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin davam etdirilməsini müdafiə edir.
Musavat.com






