Londonda Ukrayna prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron arasında danışıqlar başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Liderlərin görüşü Britaniya hökumət başçısının Dausinq-stritdəki rezidensiyasında keçirilir. Müzakirələrin əsas mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olacaq.
“ABŞ tərəfindən göndərilən sənədlərdə gördüyümüz bəzi detallar barədə skeptik yanaşmam var, lakin bunu müzakirə etməliyik. Bu, hamımız üçün həlledici an ola bilər, ona görə də Ukraynaya dəstəyimizi davam etdirməyə çalışırıq”, — Merts bildirib.
Şahanə Rəhimli
Musavat.com






