İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukoyl-un xaricdəki aktivlərinə ərəb müştəri – Pulları nağd ödəyəcək

708 17.12.2025 00:23 İqtisadiyyat A A

Səudiyyə Ərəbistanının Midad Energy şirkəti Lukoyl-un xarici aktivlərini almaq üçün cəlbedici təkliflə çıxış edib.

Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb. Bildirilir ki, təxminən 22 milyard dollar dəyərində olan bu aktivlərə Lukoyl-un 2025-ci ilin oktyabrında ABŞ tərəfindən tətbiq edilən sanksiyalar səbəbindən satmağı planlaşdırdığı neft yataqları, neft emalı zavodları və dünya üzrə minlərlə yanacaqdoldurma məntəqəsi daxildir.

Tenderə Amerika neft şirkətləri Exxon Mobil və Chevron, eləcə də özəl kapital şirkəti Carlyle də daxil olmaqla, ondan çox investor qoşulub.

Son məlumatlara görə, Lukoyl aktivlərini 17 yanvar 2026-cı ilə qədər satmalıdır, əks halda ABŞ sanksiyalarına məruz qalacaq.

İndi Səudiyyə Ərəbistanının Midad Energy şirkəti Lukoyl-un beynəlxalq aktivləri üçün əsas iddiaçı kimi ortaya çıxıb. Uğurlu olarsa, Midad Energy qlobal enerji bazarındakı mövqeyini gücləndirəcək və strateji əhəmiyyətli resurslara çıxış əldə edəcək.

Midad Energy şirkəti Lukoyl-a qarşı sanksiyalar qaldırılana qədər vəsaitlərin depozit hesabında saxlanılmasını nəzərdə tutan tam nağd pulla bağlanan bir sövdələşmə təklif edir.

Reuters mənbələrinə görə, Amerika şirkətləri də sövdələşmədə iştirak edə və bu, ABŞ və Səudiyyə Ərəbistanı arasında enerji və təhlükəsizlik sahəsində daha geniş əməkdaşlığın bir hissəsi ola bilər.

Maraqlıdır ki, Midad Energy şirkətinin baş direktoru Abdullah Əl-Ayban bu ilin fevral ayında Səudiyyə Ərəbistanında ABŞ-Rusiya sülh danışıqlarında iştirak edən Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaed Əl-Aybanın qardaşıdır. Onların atası Məhəmməd Əl-Ayban Səudiyyə Ərəbistanı kəşfiyyatının ilk rəhbəri olub.

Midad Energy və Lukoyl şirkətlərinin nümayəndələri şərh verməkdən imtina ediblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR