İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın yeni baş naziri dəbdəbəli iqamətgahdan İMTİNA ETDİ

574 13.05.2026 12:47 Siyasət A A

Macarıstanın yeni baş naziri Peter Macar sabiq hökumət başçısı Viktor Orbanın Budapeştin tarixi bölgəsində, keçmiş Karmelit monastırında (Karmelita kolostor) yerləşən rəsmi iqamətgahına köçməyəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, Macar bu addımı ilə dövlət xərclərinə qənaət və sadə həyat tərzi mesajı verib.

Yeni baş nazir həmçinin xidməti avtomobildən istifadə qaydalarına da dəyişiklik edəcəyini vurğulayıb.

O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bu barədə belə yazıb:

"Xidməti avtomobil olaraq, seçki kampaniyam zamanı bütün ölkədə insanların artıq yaxından tanıdığı "Skoda" markalı maşından istifadə edəcəyəm. Mən həmçinin rəsmi hökumət iqamətgahına köçməkdən də imtina edirəm".

Qeyd edək ki, Peter Macarın bu qərarı ölkə ictimaiyyəti tərəfindən geniş müzakirə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR