Musavat.com xəbər verir ki, Nikolas Maduro bu dəqiqələrdə gətirildiyi təyyarədən enib. Görüntülərdə onun başına göy rəngli çuval keçirildiyi əks olunub.

****
Nikolas Maduronun göyərtəsində olduğu bildirilən Boeing 757-223 təyyarəsinin Nyu-York hava limanına enməsi ilə Venesuela böhranı tamamilə yeni və son dərəcə sensasional mərhələyə keçib.
Musavat.com xəbər verir ki, bu eniş ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi-siyasi əməliyyatların kulminasiya nöqtəsi kimi qiymətləndirilir.
Məlumata görə, Maduro ABŞ xüsusi təyinatlılarının iştirakı ilə saxlanıldıqdan sonra birbaşa Amerika ərazisinə gətirilib. Ağ Evə yaxın mənbələr bu addımı “beynəlxalq miqyasda güc nümayişi və siyasi mesaj” adlandırır.
Qeyd olunur ki, Maduronun taleyi ilə bağlı yekun qərarın yaxın saatlarda verilməsi gözlənilir. ABŞ-da məhkəmə prosesi, rəsmi ittihamlar və mümkün siyasi nəticələr artıq dünya gündəmini silkələyən əsas mövzuya çevrilib.
Musavat.com






