İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Putinlə barışmaq istəyir - Fransa rəhbərindən ŞOK açıqlamalar

447 19.12.2025 15:04 Siyasət A A

Rusiya-Ukrayna savaşının uzanmasında maraqlı görünən Fransa da Amerikanın yolunu getməyə başlayıb. Artıq Paris Moskva ilə danışıqların yollarını axtarır. Bu ölkənin prezidenti Emmanuel Makronun son açıqlamaları bunu deməyə əsas verir. Bir sözlə, Fransa da Ukraynanı “qurbanlıq quzu” kimi görənlərin sırasına qoşulmaqdadır.

Rusiya lideri ilə yenidən danışıq faydalı olacaq.

Bunu Makron Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına görə bildirib.

“Mən hesab edirəm ki, Vladimir Putinlə söhbət yenidən faydalı olacaq, Düşünürəm ki, bizə — avropalılara və ukraynalılara - bu müzakirələrin düzgün şəkildə bərpası üçün bir format tapmaq lazımdır. Əks halda, biz öz aramızda və Rusiya tərəfi ilə ayrı-ayrı danışıqlar aparacaq vasitəçilərlə müzakirə edəcəyik ki, bu da optimal deyil”, - Makron fikrini əsaslandırıb. (APA)

Fransa da Rusiya ilə barışıq istəyir?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a deyib ki, Makronun Rusiya ilə danışıqlar aparmaq istəyi Avropanın düşdüyü vəziyyətdən qaynaqlanır:

“Ukrayna məsələsinin həllini ABŞ nəzarətinə götürüb və Vaşinqtonun Moskva ilə anlaşma perspektivləri Avropanı oyundan kənarda qoyacaq. Ukraynada təkcə bu ölkənin taleyi yox, Avropanın da gələcəyi müəyyən olunur. Avropa İttifaqının geosiyasi proseslərdə tutacağı yer bundan asılıdır. Makron başda olmaqla Aİ liderləri anlayır ki, Ukrayna məsələsi onların iştirakı olmadan həll ediləcəksə, geosiyasi ambisiyaları nəzərə alınmayacaq və ABŞ-la Rusiya geosiyasi təsirləri paylaşdıracaqlar.

Ona görə Avropa hazırda iki yol izləyir. Birincisi, Ukrayna müharibəsinin Rusiyanın istəyinə uyğun həll edilməməsinə çalışır və buna görə ABŞ-ın mövqeyinə təsir etmək istiqamətində işləyirlər. İkincisi, Rusiya ilə dialoqu bərpa edərək, Moskva ilə birbaşa işləmək istəyirlər. Çünki ABŞ-ın vasitəçiliyi Avropanın geosiyasi ambisiyalarına uyğun gəlmir. Fikrimcə, Makronun Putinlə danışmaq istəkləri bundan qaynaqlanır”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR