İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB-nin Baş katibi İlham Əliyevi təbrik etdi

476 22.12.2025 20:53 Siyasət A A

MDB-nin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, təbrikdə dövlət başçısının uzaqgörən siyasətçi kimi keyfiyyətləri və qarşıya qoyulan məqsədlərə çatmaqda nümayiş etdirdiyi qətiyyət xüsusi vurğulanır. Bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövlət institutlarının təkmilləşdirilməsi, davamlı sosial-iqtisadi inkişaf və ölkənin regionda və dünyada mövqelərinin möhkəmlənməsi istiqamətində ardıcıl şəkildə irəliləyir.

Sergey Lebedev məktubunda Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin qorunub saxlanması və dərinləşdirilməsi məsələlərində tutduğu prinsipial mövqeyə, eləcə də MDB dövlətləri arasında dostluq münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəyə görə təşəkkürünü ifadə edib.

Sonda Azərbaycan Prezidentinə möhkəm cansağlığı, rifah və bütün plan və təşəbbüslərinin uğurla həyata keçirilməsi arzulanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR