İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

1492 04.02.2026 18:28 Son xəbər A A

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.

Musavat.com “Oxu.Az”a istinadən xəbər verir ki, o, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib.

“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” - deyə, M.Ələkbərzadə bildirib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri M. Ələkbərzadə də vəzifəsini itirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR