Kanadada yaşayan bir ana şaxtalı havadan maraqlı şəkildə yararlanaraq −15 dərəcə temperaturda ev dondurması hazırladığını nümayiş etdirib.
Musavat.com xəbər verir ki, bu qeyri-adi üsul sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Resept olduqca sadədir: qaymaq, şəkər və vanil. Qarışıq açıq havada, şaxtanın təsiri ilə qısa müddətdə donaraq dondurmaya çevrilir. Paylaşılan videoda bu proses addım-addım göstərilir və izləyicilərə “evdə təkrar edin” çağırışı edilir.
Müəllif eyni zamanda xəbərdarlıq etməyi də unutmayıb: belə bir təcrübə zamanı isti geyinmək, xüsusən də əlcəkləri unutmaq olmaz.
Musavat.com






