İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni məhkəmə işini uduzdu - mənzildən çıxarılır

476 26.12.2025 15:24 Dünya A A

Moskva Şəhər Məhkəməsi Rusiya Ali Məhkəməsinin mənzilin müğənniyə qaytarılması qərarını ləğv etməsindən sonra Larisa Dolinaya Xamovnikidəki mənzilini boşaltmağı əmr edib.

Musavat.com xəbər verir ki, məhkəmə Dolinadan mənzili alan Polina Luryenin iddiasını təmin edərək, müğənninin və ailə üzvlərinin mənzildən istifadəsinin dayandırılmasını tələb edib.

Larisa Dolina bundan əvvəl dələduzluğun qurbanı olduğunu, mənzili təzyiq altında satdığını iddia etmiş, məhkəmə isə əməliyyatı etibarsız elan edərək daşınmaz əmlakı müğənniyə qaytarmışdı. Ancaq müğənni mənzili satmasından aldığı 112 milyon rublu alıcı P.Luryeyə qaytarmayaraq, onu dələduzlara verdiyini, qaytarmağa pulu olmadığını bildirmişdi.

Lakin dekabr ayında Ali Məhkəmə bu qərarı ləğv edib və Luryenin tərəfini saxlayaraq, çıxarılma işinə baxılması barədə qərar verib. Alıcının vəkilinin sözlərinə görə, Dolina mart ayına qədər mənzildə qalmaq üçün icazə istəyib, lakin onun bu xahişi rədd edilib. Müğənninin nümayəndəsi də öz növbəsində bu ifadələri təkzib edərək, onları böhtan adlandırıb və Dolinanın Yeni il tətilinin sonuna qədər mənzili tərk edəcəyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR