İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Qvardiya komandanından şok bəyanat: Müharibə hələ illərlə davam edə bilər

679 20.02.2026 12:44 Dünya A A

Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko cəbhədəki vəziyyət və müharibənin gələcəyi ilə bağlı dünya mediasının diqqətini çəkən sensasion açıqlamalar verib.

Musavat.com o, Ukraynanın hələ bir neçə il də döyüşmək iqtidarında olduğunu vurğulayıb.

"Donbasdan çəkilmək illərin zəhmətini heçə saymaqdır"

Pivnenko "BBC"-yə verdiyi müsahibədə qoşunların Donbasdan çıxarılması ideyasına kəskin etiraz edib. Komandanın fikrincə, ordunun geri çəkilməsi ötən illər ərzində aparılan mübarizəni tamamilə mənasız edir: "Əgər geri çəkiləcəkdilərsə, onda gərək ən başdan razılaşıb əraziləri təslim edərdik".

Atəşkəs və əmrə tabelik məsələsi

Milli Qvardiya rəhbəri döyüş xətti boyunca atəşin dayandırılması ehtimalına toxunaraq, bunun başa düşülən bir addım ola biləcəyini qeyd edib. O, qoşunların geri çəkilməsinə qarşı çıxsa da, hərbçi olduqlarını xatırladıb: "Əgər belə bir əmr verilərsə, hərbçilər onu mütləq icra edəcəklər".

Pivnenkonun bu açıqlamaları, xüsusilə ərazi güzəştləri ilə bağlı müzakirələrin qızışdığı bir vaxtda Ukrayna hərbi elitasının mövqeyini nümayiş etdirən mühüm mesaj kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR