Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.
Musavat.com Konkret.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr artıq imzalanıb.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ölkə üzrə bütün təcili tibbi yardım briqadalarının vahid idarəetməsini həyata keçirən strateji bir qurumdur. Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib.






